
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Mauritsio Sarri İtaliya "Yuventus"unun sükanı arxasına keçməyə yaxındır.
Sportnet.az-ın məlumatına görə, bu barədə 60 yaşlı mütəxəssisə çox yaxın olan jurnalist Alfredo Pedulla açıqlama verib. O bildirib ki, "zadəganlar"ın rəhbərliyi Sarrini Turin komandasına buraxmağa razı olub.
Qeyd edək ki, Mauritsio Sarri debüt mövsümündə "Çelsi"yə Premyer Liqada bürünc medal, İngiltərə Liqa Kubokunda finala vəsiqə, Avropa Liqasında isə kubok qazandırıb.