İspaniya milli komandasının sabiq futbolçusu Xose Antonio Reyes avtomobil qəzasında ölüb.
Sportnet.az xəbər verir ki, bu barədə onun sabiq klubu "Sevilya"nın rəsmi "Twitter" hesabında məlumat yayılıb.
35 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib.
Qeyd edək ki, Xose Antonio Reyes İngiltərənin "Arsenal", İspaniyanın "Real Madrid" və "Atletiko Madrid" kimi komandalarında da çıxış edib. O, 3 dəfə "Sevilya ilə, iki dəfə isə "Atletiko Madrid"lə Avropa Liqasını qazanıb. Təcrübəli futbolçu "Real Madrid" və "Arsenal"la ölkə çempionu olub.