
"Qəbələ" klubu daha bir yerli futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Urfan Abbasovla başa çatan müqavilə yenilənməyib.
27 yaşlı müdafiəçi 2011/12 mövsümündən bölgə komandasında çıxış edir. O, bu müddətdə 220 matçda meydana çıxıb və 3 qol dəfə fərlənib. Abbasov Premyer Liqada 177, kubokda 28, Avropa Liqasında 15 matça çıxıb. O, “Qəbələ”də keçirdiyi 8 mövsümdə Premyer Liqanın beş mükafatını qazanıb. Müdafiəçi 2016/17 və 2017/18 mövsümlərində gümüş, 2013/14, 2014/15 və 2015/16 mövsümlərində bürünc medala yiyələnib. Abbasov 2018/19 mövsümündə Azərbaycan kubokunun qalibi, 2013/14, 2016/17 və 2017/18 mövsümlərində finalçısı olub.
Qeyd edək ki, "Qəbələ" daha öncə kapitanı Cavid Hüseynov və Elvin Camalovla da yollarını ayırıb.