Ardıcıl iki dəfə Region Liqasının qalibi olan “Uğur” futbol klubu fəaliyyətini dayandırıb.
Sportnet.az-ın məlumatına görə, klub səbəb kimi I Divizionda iştirakla bağlı AFFA-ya edilən müraciətlərinə müsbət cavab verilməməsini göstərib.
Bu və ümümulikdə yaranmış qeyri-müəyyən vəziyyət klub rəhbərliyini qane etmədiyi üçün, eləcə də ardıcıl olaraq doğma Sumqayıt şəhərinə 3 dəfə çempionluq kuboklarını və sevinclərini gətirən komandamıza şəhər rəhbərliyinin və iş adamlarının bu günə qədər də biganə münasibəti səbəbindən klubun rəhbəri və sponsoru ilə aparılan məsləhətləşmələrdən sonra “Uğur” Futbol Klubu bu il keçiriləcək Region Liqanın yarışlarında iştirak etməyəcəyi barədə qərar qəbul edib.
Bu qərardan sonra komandanın heyətində olan hər bir futbolçuya azad agent statusu verilib.
Qeyd edək ki, "Uğur" 2018/2019 mövsümündə ardıcıl ikinci dəfə Region Liqasının qalibi olub. Klub Azərbaycanı Regionlar Kubokunda təmsil etməli idi.