“Səbail”in legioner futbolçusu Eriko da Silva uzun müddətə sıradan çıxıb.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, “dənizçilər”in Premyer Liqanın I turunda “Zirə”ni evdə 1:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnən braziliyalı mərkəz müdafiəçi 3 aydan 5 ayadək futboldan kənarda qalacaq.
Bu isə o deməkdir ki, əcnəbi oyunçu ili erkən başa vurub.
Qeyd edək ki, “Səbail” Eriko da Silvanı yay fasiləsində heyətinə qatıb.