Rusiyanın "Dinamo" (Moskva) komandası yeni hücumçu transfer edib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Silvestr İqbun "Ufa"dan mövsümün sonunadək icarəyə götürülüb. İqbun əvvəllər Danimarka "Midtyullan"ında 6 il çıxış edib. O, Başqırdıstan komandasına 2015-ci ildə keçib və ötən mövsüm 10 qolla "Ufa"nın bombardiri olub. Cari mövsümdə isə İqbun 6 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nigeriyalı forvard "Dinamo"nun 12-ci transferi olub. Bu komandanın hücum xəttində bu yay cəlb olunmuş Azərbaycan millisinin üzvü Ramil Şeydayev də yer alıb. Hazırda Moskva təmsilçisi 8 oyundan 9 xalla 11-ci yeri tutur.