AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev "Boulevard Hotel"də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb.
Sportnet.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, federasiyas rəsmisi milli komandaya Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb.
Millinin baş məşqçisi Milan Obradoviç komanda adından çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib. Qurumun Texniki direktoru Bernhard Lippert görüşdə iştirak edib.
Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya, 4 gün sonra isə Gürcüstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun "Dalğa Arena"da keçiriləcək və saat 20:30-da başlayacaq.