Milli komandaların qarşılaşmaları ilə əlaqədar Premyer Liqadakı fasilədən yararlanan "Sumqayıt" və "Qəbələ" komandaları yoxlama oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 2-ci dəqiqədə Asif Məmmədov açıb. 49-cu dəqiqədə Amil Yunanov bərabərlik qolunu vursa da, 3 dəqiqə sonra Ülvü İsgəndərov "Qəbələ"ni yenidən önə keçirib. Oyunda son nöqtəni də 61-ci dəqiqədə İsgəndərov qoyub.
Qonaq komandada baş məşqçi vəzifəsini icra edən Elmar Baxşıyev bu görüşdə aşağıdakı “11-liy”ə şans verib: 94. Tərlan Əhmədli, 8. Qismət Alıyev, 5. Rasim Ramaldanov, 3. İvitsa Juniç, 74. Yusif Nəbiyev, 77. Merab Qiqauri, 11. Asif Məmmədov, 21. Fernan Lopes, 9. Davit Volkov, 14. Ülvi İsgəndərov, 7. Roman Hüseynov.