Son 10 ildə futbolçu satışından ən çox gəlir əldə edən klubun adı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, İsveçrənin “CIES Football Observatory” şirkətinin araşdırmasına əsasən Fransa "Monako"su 1 milyard 29 milyon avro ilə ilk pillədə qərarlaşıb.
İngiltərə "Çelsi"si 868 milyon avro ilə ikinci, İtaliya "Yuventus"u isə 787 milyon avro ilə üçüncü yerdədir.
1. "Monako" (Fransa) - 1, 29 milyard avro
2. "Çelsi" (İngiltərə) - 868 milyon avro
3. "Yuventus" (İtaliya) - 787 milyon avro
4. "Benfika" (Portuqaliya) - 780 milyon avro
5. "Real Madrid" - 763 milyon avro
6. "Atletiko" (İspaniya) - 754 milyon avro
7-8. "Roma" (İtaliya) - 726 milyon avro
7-8. "Barselona" (İspaniya) - 726 milyon avro
9. "Liverpul" (ingiltərə) - 716 milyon avro
10. "Borussiya" (Dortmund, Almaniya) - 678 milyon avro
Qeyd edək ki, araşdırmalar 2010 - 2019-cu illəri əhatə edib.