UEFA Çempionlar Liqasında qrup mərhələsinin I turunun ən yaxşı qolu bəlli olub.
Sportnet.az məlumatına görə, İtaliyanın "Yuventus" komandasının futbolçusu Xuan Kuadradonun İspaniya "Atletiko"suna vurduğu qol həftənin ən yaxşısı seçilib.
Qeyd edək ki, "Atletiko" - "Yuventus" matçı 2:2 hesabı ilə yekunlaşıb. Kolumbiyalı yarımmüdafiəçi həmin görüşdə ilk qolun müəllifi olub.