"Qələbə münasibətilə rəqibi təbrik edirəm. Fikrimcə, Belarus millisi Avropa çempionatının ilkin seçmə mərhələsinə tam hazır bir komandadır".
Sportnet.az xəbər verir ki, bu fikirləri Azərbaycanın U-17 komandasının baş məşqçisi Vüqar Məmməd yoldaşlıq görüşündə Belarusa uduzduqları ():2) oyundan sonra deyib.
Mütəxəssis rəqibin atletik baxımdan çox güclü olduğunu etiraf edib: "İlk qarşılaşmada olduğu kimi güclü külək şəraitində keçən oyundan heç bir fayda götürmədik. Heç vaxt təslim olmamalıyıq. Böyük əzmkarlıqla, birlikdə səhvlərimizi aradan qaldırmaq üçün çalışmalıyıq. Bu gün iki məsələ çox önəmlidir. Birincisi futbolçuların fiziki durumunu yüksəltmək, ikincisi isə mütləq şəkildə mövcud yaş liqasında yox, özlərindən yaşca yuxarı liqalarda oynamalıdırlar".