Azərbaycan Premyer Liqasında V turun rəmzi komandası bəlli olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən "11liy"ə "Qarabağ"dan 4, "Sumqayıt" və "Səbail"dən 2, "Keşlə", "Zirə" və "Qəbələ"dən bir oyunçu yer alıb.
Turun futbolçusu isə "Qarabağ"dan Abdullah Zubir olub.
Qapıçı: Mehdi Cənnətov - 262 (“Sumqayıt”)-2
Müdafiəçilər: Şəhriyar Rəhimov - 263 (“Səbail”)-2, Şəhriyar Əliyev - 262 (“Sumqayıt”), Franko Flores – 259 (“Keşlə”)-2, Abbas Hüseynov - 280 (“Qarabağ”)-4
Yarımmüdafiəçilər: Abdullah Zubir – 299 (“Qarabağ”)-2, Yevgeni Koçuk - 257 (“Səbail”), Merab Qiqauri - 280 (“Qəbələ”), Xayme Romero – 288 (“Qarabağ”)
Hücumçular: Xulio Sezar Rodrigez - 241 (“Zirə”)-2, Maqaye Qeye - 228 (“Qarabağ”)-2
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.