
“Səbail” komandası Azərbaycan Premyer Liqasında 30-cu dəfə uduzub.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, mənfi xarakterli yubiley VI turun “Sabah”la səfər görüşünə təsadüf edib 0:3.
62-ci oyunda 30-cu dəfə məğlub olan komanda keçirdiyi matçların 48 faizində uduzub. Bu, həm də 31-ci səfər görüşündəki 15-ci məğlubiyyət olub.