AVRO-2020-nin Bakı Könüllülük Proqramında müsahibə mərhələsinə start verilib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunun (BOS) İnformasiya Mərkəzində keçirilən ilk müsahibə mərhələsinə 265 könüllü namizəd qatılıb. Dekabrın 28-dək davam edəcək müsahibə mərhələsi bazar ertəsi istisna olmaqla, həftənin digər günləri keçiriləcək.
İlk gündə AVRO-2020-nin Bakı Könüllülük proqramının səfiri Taleh Yüzbəyov da iştirak edərək könüllü namizədlərlə görüşüb.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, AVRO-2020-nin 4 görüşü BOS-da keçiriləcək. Bu arenada iyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması oynanılacaq.