
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Samir Əliyevin baş məşqçilik etdiyi komanda norveçli həmyaşıdları ilə üz-üzə gəlib.
Çexiyanın Fridek-Mistek şəhərindəki "Stovki" stadionunda keçirilən qarşılaşma Azərbaycan komandasının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 6-cı dəqiqədə Elnur İbrahimov avtoqol müəllifi olub.
Qeyd edək ki, U-19 növbəti matçını oktyabrın 12-də meydan sahibi olan Çexiyaya qarşı keçirəcək.
----------------------------------------------------------
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, rəqib Norveçin müvafiq yaş qrupundan ibarət yığması olacaq. Görüş Çexiyanın Fridek-Mistek şəhərindəki "Stovki" stadionunda keçiriləcək.
Avropa çempionatı
Seçmə mərhələ, VII qrup
9 oktyabr
17:00. Azərbaycan - Norveç - 0:1
Qol: Elnur İbrahimov, 6 (öz qapısına)
Baş hakim: Fran Joviç (Xorvatiya)
Baş hakimin köməkçiləri: Hrvoye Radiç (Xorvatiya), Radim Dresler (Çexiya)
Dördüncü hakim: Jan Petrik (Çexiya)
Çexiya, "Stovki" stadionu