1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nikola Yurçeviç: "Futbolçularımız fədakarlıq etdilər"
"Qələbə qazanmağımız çox vacib idi. Tək mənim üçün yox, ümumilikdə, komandanın əhval-ruhiyyəsinin yaxşı olması üçün bu qələbə önəmlidir".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç səfərdə Bəhreynə 3:2 hesabı ilə qalib gəldiklər. yoldaşlıq oyunu sonrası brifinqdə deyib.
Xorvatiyalı mütəxəssis qələbəni şərh edib: "Bəhreyn millisi son bir neçə oyununda 1 qoldan artıq top buraxmamışdı, amma biz bu gün rəqibin qapısından 3 qol keçirə bildik. Çox çətin hava şəraitində oynadıq. Temperatur çox yüksək idi. Bu baxımdan futbolçuların hansı fədakarlıq etdiyinin fərqindəyik. Bu göstərir ki, komandada həm əzmkarlıq, həm də keyfiyyət var".
Yurçeviç oktyabrın 13-də səfərdə Macarıstan millisi ilə keçirəcəkləri AVRO-2020-nin seçmə oyununadək yaxşı bərpa prosesi keçmələrinin vacibliyini vurğulayıb: "Təbii ki, həmin oyun bugünkü qarşılaşmadan fərqlənəcək. Həm daha yaxşı hava şəraitində oynayacağıq, həm qarşılaşmanın statusu fərqlidir, həm də digər - sırf futbol nüansları baxımından çox fərqli görüş olacaq".