İtaliyanın
"Parma” klubunun aktivindən bir neçə xal silinəcək. Sportnet.az-ın
məlumatına görə, buna səbəb klubun futbolçulara olan borcunu hələ dəverə
bilməməsidi.
İtaliya
Futbol Federasiyası verilən vaxt ərzində futbolçulara olan borcunu hələ də
vermədiyinə görə komandanın hesabından 1-6 arası xalların silinəcəyini
bildirib.
Qeyd edək ki, "Parma” hal-hazırda A seriyasında 6 xalla sonuncu pillədə qərarlaşıb.