Bu gün Azərbaycan Premyer Liqasının IX turunda üz-üzə gələcək "Keşlə" və "Qəbələ" komandaları ümumilikdə 51-ci dəfə görüşəcəklər.
Sportnet.az xəbər verir ki, ilk dəfə 2006/2007 mövsümündə görüşən rəqiblər indiyədək 50 dəfə qarşılaşıblar. 16 qələbə qazanan “Qəbələ” 17 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. 117 qolun vurulduğu matçlarda paytaxt təmsilçisi üstünlüyə malikdir – 65:52. “Qəbələ”nin bu oyunlardakı ən məhsuldar futbolçusu Daniel Subotiçdir. Onun hesabında 5 qol var.
Əyalət komandası 25-ci dəfə “Keşlə”nin qonağı olacaq. Səfərdə 8 qələbə və 6 heç-heçəsi olan “qırmızı-qaralar” 14 dəfə uduzub. Rəqib meydanında 25 qol vuran futbolçular 38 top buraxıblar.
Əvvəlki 50 oyundan 45-i çempionat, 5-i kubok çərçivəsində keçirilib. Premyer Liqadakı görüşlərdə 13 qələbə qazanan “Qəbələ” 17 dəfə 1 xalla kifayətlənib. 15 matçda isə bakılılar qalib gəlib. Çempionatda rəqibinin qapısından 45 top keçirən komandamız 58 qol buraxıb.
Qeyd edək ki, "ASCO Arena"da keçiriləcək matç saat 16:00-da başlanacaq.