Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun rəmzi komandası bəlli olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən "11-liy"ə "Qarabağ"dan 4, "Neftçi"dən 2, "Sumqayıt", "Zirə", "Keşlə", "Qəbələ" və "Sabah"dan isə bir oyunçu düşüb. Heyətə yalnız "Səbail"dən oyunçu daxil edilməyib.
Həftənin futbolçusu isə "Neftçi"dən Baqali Dabo seçilib.
Qapıçı: Mehdi Cənnətov – 255 (“Sumqayıt”) - 3
Müdafiəçilər: Ailton Silva - 282 (“Qarabağ”) - 3, Adrian Skarlatake – 279 (“Zirə”), Bədavi Hüseynov - 268 (“Qarabağ”) - 2, Abbas Hüseynov - 251 (“Qarabağ”) - 7
Yarımmüdafiəçilər: Stiven Monroz – 307 (“Neftçi”) - 4, Qara Qarayev - 319 (“Qarabağ”) - 3, Sezar Meza Kolli - 300 (“Keşlə”) - 2, Davit Volkov – 265 (“Qəbələ”)
Hücumçular: Baqali Dabo - 320 (“Neftçi”) - 2, Amadu Diallo - 318 (“Sabah”)
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.