
Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "ASCO Arena"da "Səbail" və "Keşlə" komandaları üz-üzə gəlib. Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüş qolsuz yekunlaşıb. Bununla da "Keşlə" 16 xalla 3-cü, "Səbail" 11 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, Premyer Liqada X turun açılış matçında "Neftçi" "Qarabağ"la qolsuz heç-heçə edib. Tura noyabrın 3-də keçiriləcək "Zirə" - "Sumqayıt" və "Qəbələ" - "Sabah" görüşləri ilə yekun vurulacaq.
---------------------
Bu gün Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, turun ikinci qarşılaşmasında "Səbail" "Keşlə"ni qəbul edəcək. "ASCO Arena"da keçiriləcək görüşü Rəvan Həmzəzadə idarə edəcək.
8 oyundan sonra "Səbail" 10 xalla 4-5-ci yerləri bölüşdürür, "Keşlə" isə 15 xalla üçüncü pillədə qərarlaşıb. İlk dövrədəki matçda "Səbail" səfərdə 2:1 hesabı ilə qalib gəlib.
Komandalar daxili çempionatda 9 dəfə üz-üzə gəliblər. Bunlardan 5-də "Səbail", 3-də isə "Keşlə" meydanı üç xalla tərk edib. 1 görüşdə isə qalib müəyyənləşməyib. "Səbail" rəqibinə son 5 oyunda qol vura bilib. Komandalar arasındakı son 3 görüşdə qonaq olan komanda qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
X tur
16:00. “Səbail” – “Keşlə” - 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əliyev İlham
“ASCO Arena”
I dövrə - 2:1
Qeyd edək ki, açılış matçında "Neftçi" "Qarabağ"la qolsuz heç-heçə edib. Tura sabah keçiriləcək "Zirə" - "Sumqayıt" və "Qəbələ" - "Sabah" matçları ilə yekun vurulacaq.