
"Sabah"la keçirdiyi Azərbaycan Premyer Liqasının X tur matçı zamanı "Qəbələ" daxilində gərginlik yaşanıb.
Sportnet.az-ın məlumatına görə, insident 86-cı dəqiqədə Ülvü İsgəndərovun əlverişli imkanı qaçırmasından sonra baş verib. 22 yaşlı hücumçu nəzarətsiz qaldığı halda, yaxın məsafədən boş qapıya topu yönəldə bilməyib. Buna əsəbiləşən "Qəbələ"nin məşqçilər heyəti İsgəndərova irad tutub. Hücumçu isə qol vura bilməməsindən məyus olmaq əvəzinə texniki zonaya əl-qol hərəkətləri ilə cavab verib.
Qeyd edək ki, matç "Qəbələ"nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.