"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XI tur oyununun ikinci hissəsinə beciksiz çıxıb.
Sportnet.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis matçdan sonra bunun səbəbini açıqlayıb. O, akkreditasiya kartını fasilə zamanı namaz otağında qoyduğunu bildirib: "Becikim birinci hissədə ibadət otağında qalmışdı. İkinci hissədə sonradan gətirib verdilər".
Bu mövsümdən etibarən becik taxmayan klub rəsmiləri, o cümlədən, baş məşqçilər AFFA İntizam Komitəsi tərəfindən pul cəzasına məruz qalırlar.
Qeyd edək ki, görüş "Keşlə"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.