"Yaxşı mübarizə apardıq. Bir xal almaq qələbəyə bərabər haldır. Komandada özgüvən gördüm. Matça yaxşı köklənmişdik".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın XI turunda səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, əsasən müdafiədə yaxşı çıxış ediblər: "Qol epizdolarımız da oldu. Onların birindən yararlandıq. Komandada zədəlilər var. Elvin Camalov oyuna zədəli çıxdı. Şafik Tiqruca və Xulio Rodriges də zədəlidir. Ümid edirəm ki, tez sağalacaqlar. Milli komandaların oyunları ilə bağlı fasilə işimizə yaraya bilər".