“Yenidən start heyətində yer aldığıma görə çox xoşbəxtəm. Məncə, ilk hissədə qol vurmağıma baxmayaraq, fasilədən sonra daha yaxşı oynadım".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Ömər Buludov Premyer Azərbaycan Liqanın Premyer Liqasının XII turunda evdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Paytaxt təmsilçisinin ikinci qoluna imza atan müdafiəçi bildirib ki, uzaq küncü dəqiq nişan alıb və qol sevincini komanda yoldaşı İsmayıl Zülfüqarlı ilə bölüşüb: "Qalib gəlib yenidən ikinci pilləyə yüksəldiyimizə görə şadam. Məqsədimiz qarşıdakı oyunlarda maksimum xal toplamaqdır. İnanıram ki, daha da istəklə və əzmkarlıqla buna nail ola bilərik”.
Qeyd edək ki, "Neftçi" 12 turdan sonra 21 xalla ikinci, "Qarabağ" isə 27 xalla birinci pillədə qərarlaşıb.