İdman Araşdlırmalar Mərkəzi "İlin Qalibləri-2019" layihəsi çərçivəsində idman jurnalistləri arasındakı sorğu nəticəsində İlin Əcnəbi Futbolçusu və İlin Futbolçusu nominasiyalarında ilk "3-lüy"ə düşənlərin adları müəyyənləşib.
Sportnet.az xəbər verir ki, legionerlərdən ən çox səsləri "Qarabağ"ın fransalı və ispaniyalı yarımmüdafiəçiləri Abdullah Zubir və Dani Kintana, həmçinin "Qəbələ"nin gürcüstanlı hücumçusu Davit Volkov toplayıb.
İlin Futbolçusu seçilməyə əsas namizəd olan "3-lük" isə bunlardır:
Bəhlul Mustafazadə ("Sabah" klubunun və Azərbaycan millisinin müdafiəçisi);
Emil Balayev (Qazaxıstanın "Tobol" klubunun və Azərbaycan millisinin qapıçısı);
Ramil Şeydayev (Rusiyanın "Dinamo" (Moskva) klubunun və Azərbaycan millisinin hücumçusu)
Qeyd edək ki, layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, İnformasiya dəstəkçisi "Report" agentliyi, baş sponsoru "AAAF Holding", sponsorları isə Azərbaycanın ilk idman geyimi brendi "İl`Azero" və "Dadlı Naxçıvan Məhsulları"dır.