
"Səbail" klubu daha bir futbolçusu ilə vidalaşıb.
Sportnet.az paytaxt təmsilçisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Elvin Yunuszadənin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Mərkəz müdafiəçisi olan Yunuszadə bu ilin yanvarında "Səbail" ilə 31 may 2020-ci ilə qədər müqavilə bağlamışdı.
Qeyd edək ki, "Səbail" bu gün Ağabala Ramazanovla da yollarını ayırıb.