“Sabah” futbol komandasının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında qarşılaşacağı daha bir rəqib bəlli olub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Qazaxıstan “Kaysar”ıdır. Görüş yanvarın 19-da keçiriləcək. “Kaysar” ötən mövsüm Qazaxıstan Kubokunun qalibi olub və Premyer Liqada 6-cı yeri tutub.
Qeyd edək ki, Türkiyənin Antalya vilayətinin Belek bölgəsində məskunlaşacaq “Sabah” yanvarın 11-də Macarıstanın “Pakş”, yanvarın 15-də Rumıniyanın “Akademika Klinçeni” komandaları ilə üz-üzə gələcək. Türkiyə toplanışı çərçivəsində daha bir yoxlama oyununun keçirilməsi planlaşdırılır. Hələlik rəqib bilinmir.