
"Neftçi” klubu yetirməsi İbrahim Əliyevi geri qaytarıb.
Sportnet.az paytraxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Əliyev 55 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Neftçi”nin müxtəlif yaş qruplarından başqa əsas və əvəzedici komandalarda da oynamış İbrahim Əliyev indiyədək "Qarabağ” və "Sumqayıt” klublarında da çıxış edib.