"Səbail" klubu futbolçusu Mirabdulla Abbasovla yollarını ayırıb.
Sportnet.az klubun rəsmi "İnstagram" səhifəsinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdıb. Onun icarə müddəti bu ilin yayında sona çatmalı idi.
Qeyd edək ki, Mirabdulla Abbasov Azərbaycan millisinin də üzvüdür. O, 2018-ci ildə ölkənin ən yaxşı futbolçusu seçilib.