Azərbaycanlı millisinin qapıçısı Emil Balayevin Norveç vitse-çempionu "Bodo-Qlimt"ə keçidi baş tutmayıb.
Sportnet.az xəbər verir ki, norveçlilər şərtləri yerinə yetirmədiyi üçün danışıqlar pozulub. Onlar 25 yaşlı qapıçı ilə optimal olmayan məbləğə uzunmüddətli müqavilə bağlamaq istəyiblər. Konkret olaraq, Emilə 2 illik müqavilə təklif ediblər, futbolçumuz isə 1 ilə razılaşıb.
Yekun nəticədə tərəflər ortaq məxrəcə gələ bilmədiyi üçün Balayev Norveçdən ayrılaraq Bakıya yola düşüb (azerisport).