Bir müddət Türkiyənin "Qalatasaray" klubunda çıxış edən
futbolçu Albert Riera işsiz qalıb. Sportnet.az-ın
məlumatına görə, son olaraq İngiltərə aşağı liqa təmsilçisi "Vetford”un şərəfini
qoruyan 32 yaşlı yarımmüdafiəçi özünə klub tapa bilmir
Türkiyədən "Udineze" klubuna yollanan ispaniyalı orada
da özünü doğrulda bilməyib və İngiltərəyə üz tutub. O, icarə əsasında
çempionşip klubu "Vetford”da çıxış etdikdən sonra rəhbərliklə görüşərək
müqaviləsini qarşılıqlı şəkildə ləğv edib.
2011-14-cü illərdə İstanbul təmsilçisində forma geyən Riera bu mövsüm "Udineze"də cəmi 1 oyun keçirə bilib və heç nə ilə yadda qalmayıb.