Azərbaycan Premyer Liqasında XX turun "Səbail" - "Zirə" matçı 5 dəqiqə gec başlayıb. Sportnet.az-ın məlumatına görə, buna texniki problemlər səbəb olub.
Çimərlik futbolu üzrə FIFA referisi komandaları oyunun start fitinin səslənməli olduğu vaxtdan 2 dəqiqə gec meydana çıxarıb. Daha 3 dəqiqə vaxt isə qapı torlarında üzə çıxan problemin aradan qaldırılmasına sərf olunub. Həm Emil Balayevin qoruduğu "Zirə"nin, həm də Aleksandr Rıbkanın durduğu "Səbail"in qapısının torunun yırtıq olduğu müəyyənləşib. Problemlər aradan qaldırıldıqdan sonra görüş başlayıb.
Qeyd edək ki, hələlik hesab açılmayıb - 0:0.