Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün rekordu qeydə alınıb.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ” ən böyükhesablı ev qələbəsinin müəllifi olub. Bu, XX turun “Sumqayıt”la görüşünə təsadüf edib. 5:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” cari mövsümdə öz meydanında 5 qol vuran və 5 top fərqi ilə qələbə qazanan ilk komanda olub.
Bunadək rekord “Keşlə”yə məxsus idi. Paytaxt təmsilçisi bu il fevralın 22-də keçirilmiş XVIII turun oyununda “Zirə”nin qapısından 4 top keçirib.
Ümumilikdə mövsümün rekordu “Qarabağ”a məxsusdur. Ağdam klubu səfərdə “Zirə”ni 6:0 hesabı ilə məğlub edib.