
"Keşlə" Futbol Akademiyasının 3 yetirməsi - Pənci Ağazadə, Fərid Muxtarov (Hər ikisi U-19) və Sahib Həsənov (U-16) əsas komandaya cəlb olunublar.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gündən hər 3 futbolçusu baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında məşqlərə başlayıblar.
Qeyd edək ki, baş məşqçinin qərarına əsasən, gələcəkdə Akademiyamızda oynayan və özlərini yaxşı tərəfdən göstərən digər futbolçular da əsas komandanın məşlərində iştirak edəcəklər.