Türkiyənin "Qalatasaray" klubunun yeni baş məşqçisi Hamza Hamzaoğlunun köməkçiləri müəyyənləşib. Sportnet.az-ın "NTVSpor"a istinadən məlumatına görə, Klaudio Taffarel Hamzaoğlunun əsas köməkçisi olacaq.
Yeni baş məşqçi braziliyalı sabiq qapıçı ilə daha çox fikir mübadiləsi aparacaq. Klub rəhbərliyi Hamzaoğluna "Akhisar Belediyespor"da birdə işlədiyi köməkçiləri ilə "Qalatasaray"da da çalışmasına icazə verib. Fuat Buruk, Yıldırım Uran, Serkan Selman ve qapıçı məşqçisi Metin Mert Hamza Hamzaoğlunun köməkçiləri olacaq.
Qeyd edək ki, Hamza Hamzaoğlu baş məşqçi postunda Çezare Prandellini əvəzləyib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |