
"Yuventus”
klubunun yarımmüdafiəçisi Kvadvo Asamoa dekabrın 4-də əməliyyat olunacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
25
yaşlı futbolçu sol dizindəki ağrılardan əziyyət çəkir. Əməliyyat Barselonada olacaq.
Asamoanın bərpasının 6 həftədən az çəkməyəcəyi bildirilir.
Yarımmüdafiəçi
İtaliya A seriyasının X turunun "Empoli” ilə səfər qarşılaşmasının ikinci
hissəsində zədə alaraq, 81-ci dəqiqədə əvəzlənib. Lakin Çempionlar Liqasının
qrup mərhələsinin "Olimpiakos”la matçında ağrısa da iştirak edib.
Futbolçu bu mövsüm İtaliya A seriyasında 6 oyunda iştirak edib, 1 sarı vərəqə alıb.