
İtaliya
A seriyasında XIII turun növbəti oyunları keçirilib. Sportnet.az-ın məlumatına
görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan "İnter” bu
turda "Roma” ilə üz-üzə gəlib.
Azarkeşlərin
6 qol izlədiyi matçda meydan sahibi "Roma” 4:2 hesabı ilə qalib gəlib. "İnter”dən
qolları 36-cı dəqiqədə Ranokkia, 57-ci dəqiqədə isə Osvaldo vurub.
İtaliya A seriyası
XIII tur
30 noyabr
"Roma”
– "İnter” – 4:2
Qollar: Cervinyo, 21, Holebas,
47, Pyaniç, 60; 90+2 - Ranokkia, 36, Osvaldo, 57
Qeyd edək ki, tura bu gün keçiriləcək "Sampdoriya” – "Napoli” matçı ilə yekun vurulacaq.