Kolumbiyanın "Deportivo İndependiente" futbol komandasının azarkeşləri bir aydan çoxdur ki, Argentinadan ölkələrinə qayıda bilmirlər.
Sportnet.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, fanatlar martın əvvəlində Libertadores Kubokunda "Boka Xuniors"la oyun üçün Buenos Ayresə gediblər.
15 nəfər Argentinadakı koronavirus tədbirlərinə görə geri qayıda bilməyib.
Azarkeşlər Boliviya sərhəddi vasitəsi ilə ölkəni tərk etməyə çalışsalar da, Argentina polisi tərəfindən saxlanılıblar və qaldıqları otelə göndəriliblər.
Həmin fanatların Kolumbiya səfirliyinin nəzarətində olduğu bildirilib. Onların heç birində koronavirus testi müsbət nəticələnməyib.