İngiltərənin "Tottenhem" klubunun futbolçusu Son Hın Minin hərbi xidmət dövrü başlayıb.
Sportnet.az "The Guardian"a istinadən xəbər verir ki, 14 günlük karantin müddətini başa vuran cənubi koreyalı hücumçu Çedju adasında yerləşən dəniz piyadalarının təlim mərkəzinə qoşulub.
Bildirilib ki, 28 yaşlı oyunçunun xidmət müddəti 3 həftə davam edəcək. Futbolçunun hazırlıq dövründə bəzi hərbi biliklərə yiyələnəcəyi, silahdan atəş açmağı öyrənəcəyi qeyd olunub.
Qeyd edək ki, Cənubi Koreya hökumətinin qanunlarına əsasən, ölkədə hər bir kişi 28 yaşınadək 21 ay müddətinə hərbi xidmətdə olmalıdır. Son Hın Min yığmanın heyətində Asiya oyunlarında qızıl medal qazandığından cəmi 21 gün əsgərlikdə olacaq.