"Hansısa milli çempionatı başa çatdırmaq mümkün olmasa, yerli federasiya turnir cədvəlindəki hazırkı sıralamaya əsasən, avrokuboklara vəsiqə qazanan komandaların siyahısını UEFA-ya təqdim etməlidir".
Sportnet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə qərar qitə futbol qurumunun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
Bildirilib ki, milli assosiasiya sözügedən siyahını UEFA-ya təqdim etməsə, qurum həmin ölkə klublarının avrokuboklarda iştirakına qadağa qoya bilər.
Qeyd edək ki, hazırda Avropada Belarus çempionatından başqa, bütün liqalar koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətədək təxirə salınıb.