“Bunu kimin yazdığını bilmirəm. Belə bir şey əsla yoxdur”.
Spornet.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Robert Prosineçki “Sport.avaz.ba” saytına geniş müsahibəsində Azərbaycan millisinin yenidən baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirərdək deyib.
51 yaşlı mütəxəssis belə xəbərlərin həqiqət olmadığını söyləyib: “Azərbaycandan heç kimlə əlaqə qurmamışam”.
Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisində 2014 - 2017-ci illərdə baş məşqçi olub.