Fransanın “Monpelye” klubunun futbolçularından biri nəfəs yolları və həzm sistemindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytına həmin oyunçunun adını açıqlamayıb. Lakin “L Equipe” nəşri yazıb ki, bu, 23 yaşlı yarımmüdafiəçi Junior Sambiyadır. Sambiya intensiv terapiya şöbəsinə yerləşdirilib. Onun koronavirusa yoluxmaqda şübhəli bilinir. Lakin bu diaqnoz hələ təsdiqlənməyib.
Qeyd edək ki, Fransa çempionatı koronavirusa görə dayandırılıb.