
Yunanıstan Super Liqasında 2015-ci ildə keçirilmiş "Olimpiakos" - "Atromitos" matçı ilə bağlı araşdırmalara başlanılıb.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin prezidenti Yevangelos Marinakis danışılmış oyunun təşkilində ittiham olunur. Şübhələr təsdiqini tapsa, "Olimpiakos" aşağı diviziona göndərilə, Marinakis isə ömürlük diskvalifikasiyaya məruz qala bilər. Onu 3 milyon avro cərimə də gözləyir.
Prokurorluq bir neçə hakim və klubu, o cümlədən, "Panatinaikos"u da ittiham edir. Şübhə altına ümumilikdə 15 nəfər, o cümlədən, "Atromitos"un prezidenti Giorgios Spanos, Yunanıstan Futbol Federasiyasının sabiq prezidenti Georgios Sarris, qurumun keçmiş vitse-prezidenti Aristidis Statopulos və 6 hakim də düşüb. Bu işlə 2014-2015 və 2017-ci illərdə "Atromitos"un baş məşqçisi olmuş Rikardu Sa Pintu da əlarələndirilə bilər.
Qeyd edək ki, 1925-ci ildə təsis olunmuş "Olimpiakos" Yunanıstanın ən titullu klubu (44 çempionluq) sayılır. Bu mövsüm "qırmızı-ağlar" 26 turdan sonra böyük fərqlə öndədirlər.