
Koronavirus pandemiyasına görə dayandırılan Rusiya Premyer Liqasının oyunları iyunun 20-dən sonra bərpa oluna bilər.
Sportnet.az-ın TASS-a istinadən məlumatına görə, bu variant Rusiya Futbol İttifaqının klubların rəsmiləri ilə bugünkü onlayn iclasında müzakirə olunub.
RFS komandalara 2 tarix təklif edib. Bunlardan biri iyunun 21-i, digəri isə 26-dır.
Daha əvvəl ölkədə yerli liqaların mayın 31-dək təxirə salındığı açıqlanıb.
Qeyd edək ki, Premyer Liqanın oyunları martın 17-də - XII turdan sonra dayandırılıb.