Azərbaycan
Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
birgə hazırladıqları müsabiqəyə yekun vurulub. Sportnet.az-ın AFFA-nın
rəsmi saytına istinadən məlumatına görə, "AVRO 2020: Bakının
təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti" mövzusundajurnalist yazıları müsabiqəsinin
qalibləri dekabrın 4-ü mükafatlandırlacaqlar.
"Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına" uyğun olaraq ölkəmizdə beynəlxalq turnirlərin keçirilməsi prosesinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədilə keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi AFFA-nın inzibati binasında keçiriləcək. Mərasim saat 11:00-da başlayacaq.