"Beşiktaş"dan sonra Türkiyənin "Dənizlispor" komandası da məşqlərini bərpa edib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Superliqa təmilçisi koronavirus pandemiyasından sonra ilk dəfə kollektiv şəkildə hazırlıq keçib.
Məşq prosesi klubun bazasında baş tutub. Komandanın baş məşqçisi Bülent Uyqun 4 nəfərlik qruplar şəklində məşq etdiklərini bildirib.
Qeyd edək ki, Türkiyədə liqalar martın 19-da qeyri-müəyyən müddətək təxirə salınıb.