
İsveçrə məhkəməsi Fransanın PSJ klubunun və "beIN Media Group" şirkətinin sahibi Nasser Əl-Xəlafiyə və FIFA-nın keçmiş baş katibi Jerom Valkeyə qarşı iddiaya baxılacaq tarixi açıqlayıb.
Sportnet.az AFP-yə istinadən xəbər verir ki, məhkəmə iclası sentyabrın 14-də keçiriləcək.
Qətərli iş adamı və fransalı futbol funksioneri ilə yanaşı, məhkəmə qarşısınaa adı açıqlanmayan daha bir nəfərin çıxarılacağı bilirilib.
Qeyd edək ki, N.Əl-Xəlafi və J.Valke rüşvət almaqda ittiham olunurlar.