Azərbaycan Premyer Liqasının cari mövsümündə qələbə seriyasını 15 oyuna çatdıran “Qarabağ” ölkə çempionatları tarixində 3-cü göstəriciyə imza atıb.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışın mütləq rekorduna 1997-1998-ci illərdə “Kəpəz” imza atıb. Gəncə təmsilçisi ardıcıl 20 görüşdə qalib gəlib. İkinci yerdə 16 oyunda xal itkisi ilə üzləşməyən “Turan” qərarlaşıb.
Ümumiyyətlə, 9 dəfə komandalar 12 və ya daha çox oyunda qələbələri sıralayıb. “Neftçi” üç, digər klublar hərəyə bir belə seriyaya nail olub. “Ağ-qaralar”ın iki belə uğuru eyni mövsümə təsadüf edib. Startda 25 matçda 24 qələbə qazanan bakılılar 2 dəfə 12 oyunluq qalibiyyət seriyanı sıralayıb.
Azərbaycan çempionatlarında ən uzun qələbə seriyaları
1. “Kəpəz” (22.11.1997 - 19.09.1998) - 20
2. “Turan” (06.03.1994 - 18.09.1994) - 16
3. “Qarabağ” (15.03.2019 - 06.10.2019) - 15
4. “Şəmkir” (08.03.2001 - 22.09.2001) - 14
5-6. “Neftçi” (27.09.2003 - 11.09.2004) - 13
“Xəzər Lənkəran” (27.04.2007 - 30.09.2007) - 13
7-9. “Neftçi” (08.05.1992 - 26.06.1992) - 12
“Neftçi” (05.07.1992 - 15.09.1992) - 12
“Xəzər” S (10.05.1992 - 10.07.1992) - 12