"Neftçi"dən ayrılan futbolçu Donald Geryenin "Qarabağ"a qayıdacağına dair iddialar həqiqətə uyğun deyil.
Bu barədə Sportnet.az-a Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimov məlumat verib. O, haitili cinah oyunçusunun dönüşünün gündəmdə olmadığını bildirib: "Geryenin “Neftçi” ilə müqaviləsinin bitməsini mətbuatdan oxumuşuq. Onunla heç bir danışığımız olmayıb. Futbolçuya hörmətimiz böyükdür. Amma transferi, razılaşma və s. gündəmdə deyil. Belə bir şey yoxdur. Hazırkı məqamda heç bir oyunçu ilə danışmamışıq. Çempionat davam edir, bu amili nəzərə almalıyıq".
Qeyd edək ki, Donald Gerye "Neftçi"ni qarşılıqlı razılıq əsasında tərk edib. Həmin vaxt onun xarici kluba keçəcəyi açıqlanıb.