
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete" klubu İspaniya Sequndasında XXXV tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib "Las Palmas" komandası olub. Albasetedəki Estadio "Carlos Belmonte" stadionunda keçirilmiş görüş qolsuz tamamlanıb - 0:0.
Start heyətində yer almayan İsrafilov 46-cı dəqiqədən sonadək meydanda olub.
Bu nəticədən sonra xalını 40-a çatdıran "Albasete" xalını 40-a çatdırıb və autsayderlər zonasından 2 xal aralanıb. 46 xala malik "Las Palmas" isə 11-ci pilləyə yüksəlib.